İranlı rejissorun filmi beynəlxalq festivalda nümayiş olunacaq
Tehran, 27 yanvar, AZƏRTAC
İranlı rejissor Mehdi Heydərinin çəkdiyi “Şokolad” filmi İtalıyanın Palermo şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, əslən Azərbaycanlı olan gənc rejissor M.Heydərinin qısametrajlı “Şokolad” filmi 7 yaşındakı uşaqla 80 yaşındakı qadın arasındakı hekayədən bəhs edir.
İranın Qərbi Azərbaycan vilayətində çəkilən film Azərbaycan dilində nümayiş olunacaq. Kadrın altında isə subtitrlə italyan dilində tərcüməsi yazılacaq.
Bu film ötən il Rusiyada keçirilən “Zero” beynəlxalq film festivalında da nümayiş olunub və “Ən yaxşı qısa film” mükafatına layiq görülüb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]