İraq və Suriyanın düşərgə və həbsxanalarında saxlanılan 84 tacik uşağı vətənlərinə gətirilib
Düşənbə, 2 may, AZƏRTAC
Ötən gecə İraqın düşərgə və həbsxanalarında saxlanılan 84 tacik uşağı “Fly Erbil” aviaşirkətinə məxsus təyyarə ilə Tacikistana gətirilib.
AZƏRTAC Tacikistan təhlükəsizlik orqanlarına istinadla xəbər verir ki, 2014-cü ildən Tacikistandan İraq və Suriyaya valideynli-uşaqlı 1899 vətəndaş gedib. Həmçinin İraq və Suriyada doğulan uşaqlar da var. Tacikistandan gedən kişilər İŞİD və digər terrorçu qruplara qoşulub.
Müxtəlif müharibə və qarşıdurmalarda Tacikistan vətəndaşlarının 300-ü həlak olub, yüzlərlə adam itkin düşüb. Həlak olan və itkin düşən kişilərin qadınları terrorçulara kömək maddəsi ilə həbs edilib, uşaqları isə düşərgə və həbsxanalara göndərilib.
Bildirilib ki, Tacikistanın Xarici İşlər Nazirliyi İraq Xarici İşlər Nazirliyi, Qırmızı Xaç Komitəsi, UNICEF və digər beynəlxalq təşkilatlar vasitəsilə müharibənin qurbanı olan tacik uşaqlarını vətənə qaytarmaq mümkün olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]