İŞ ADAMI QƏSƏBƏNİN YOLLARINI ABADLAŞDIRIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkir rayonunun sakini, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan iş adamı Qələndər Musayev doğulub boya-başa çatdığı Zəyəm qəsəbəsindəki yolların təmirini öz üzərinə götürmüşdür. Bu günlərdə qəsəbədəki Nərimanov adına küçədə təmir işlərini başa çatdıran Q.Musayev digər yolların abadlaşdırılmasına da vəsait ayırmaq fikrindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]