İsfar Sarabskinin “Planet” albomu məşhur leyblda işıq üzü görüb
Bakı, 1 may, AZƏRTAC
Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar və aranjemançı İsfar Sarabski “Warner Music Group” leyblında ilk albomunu çıxarıb.
AZƏRTAC xəbər verir ki, pianoçunun dünyada məşhur olan “Warner Music Group” şirkətinin əməkdaşlığı ilə yazılan “Planet” albomu Beynəlxalq Caz Günündə işıq üzü görüb.
“Albom mənim dünyamıza olan hisslərimi və düşüncələrimi ümumiləşdirdiyi üçün Planet adlanır. Mən son illər bizim hamımıza təsir edən insanlar və hadisələr, düşdüyümüz vəziyyətlər, dinləyicilərimlə dialoqa çıxmaq yollarım barədə düşünürəm”, - deyə İ.Sarabski qeyd edir.
“Warner Music Group” - həcminə və səsyazma studiya şəbəkəsinə görə “böyük səsyazma şirkətləri üçlüyünə” daxil olan üçüncü konserndir. Sarabski “Warner Music Group” şirkəti ilə iki - elektron və caz musiqisi albomunun buraxılması üçün 2019-cu ilin dekabrında müqavilə imzalayıb. Həmçinin müqaviləyə əsasən əlavə layihə və albomların buraxılması imkanı da nəzərdə tutulur.
Qeyd edək ki, İsfar Sarabski “Warner Music Group” şirkəti ilə biznes-müqavilə bağlayan ilk azərbaycanlı caz musiqiçi və elektron janrda çalışan musiqiçidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]