“İSLAM VÜSƏTİ” MÜKAFATININ LAUREATLARI ELAN OLUNMUŞDUR
Münsüflər heyətinin sədri, “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebanoidze bildirmişdir ki, qaliblərin əksəriyyəti islam mövzusunda yazan qeyri-müsəlmanlardır. Müsəbiqənin baş mükafatını tatar-başqırd rəssamı Dövlətkildeyevə həsr olunmuş “Səmadan aşağı” povestinin müəllifi, ufalı Svetlana Kurayeva almışdır.
“Nəsr” nominasiyasında birinci yeri “Şəhid qadın” hekayəsinin müəllifi Qleb Pavloid (İjevsk) və “Sönməmiş ayın işi” romanının müəllifləri Xolm van Zayçik (peterburqlular Vyaçeslav Rıbakovun və İqor Alimovun təxəllüsləridir) tutmuşlar.
“Publisistika” nominasiyasında peterbruqlu Əlfinur Qafurova “Ətaulla Bəyazitov” avtobioqrafik oçerki ilə, Bryanskdan Yuliya Prutnikova “Əksdən gələn islam” məqaləsi və “Müsəlmanların baş kitabı” essesi ilə, moskvalı Aleksey Svetkov İstanbula həsr olunmuş “Apreldə ikinci roma və ya Tanrının inadkar hissi” yol oçerki ilə qalib gəlmişlər.
“Poeziya” nominasiyasında laureat adını litvalı Sergey İsayev, Marina Kiviryan (Petrozavodsk) və Mixail Rodion (Sankt-Peterburq) almışlar.
Mükafata namizədlər arasında Azərbaycan, Səuduiyyə Ərəbistanı, İordaniya, İsrail, Qazaxıstan, Özbəkistan, Latviya və digər ölkələrin nümayəndələri var idi.
Mükafatın təqdimolunma mərasimi apreldə keçiriləcəkdir. Təşkilatçılardan biri, münsiflər heyətinin üzvü, yazıçı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi Renat Bekkinin sözlərinə görə, müsabiqədən məqsəd qarşılıqlı anlaşma, sülh və tərəqqi naminə cəmiyyətdə islam mənəviyyatına və mədəniyyətinə maraq oyatmaqdır.