İspaniya La Liqası: Lionel Messinin qolu “Barselona”ya qələbə qazandırıb
Bakı, 14 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasının 13-cü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Barselona” öz meydanında “Levante” klubunu qəbul edib.
“Nou Kamp” stadionunda keçirilən görüşdə “Barselona” minimal hesabla qələbə qazanıb - 1:0.
Oyunda yeganə qolun müəllifi 76-cı dəqiqə Lionel Messi olub.
Bu nəticədən sonra “Barselona” xal ehtiyatını 17-yə çatdıraraq 11-ci yerə yüksəlib. “Levante” isə 11 xalla 18-ci yerdə qərarlaşıb.
Ötən gün kataloniyalıların iki əzəli rəqibi - “Real Madrid” və “Atletiko Madrid” üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma “kral” klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu “Atletiko Madrid”in cari mövsüm ilk məğlubiyyətidir.
Bu nəticədən sonra xal ehtiyatını 23-ə çatdıran “Real Madrid” üçüncü yerdə qərarlaşıb. “Atletiko Madrid” isə məğlub olmağına baxmayaraq La Liqanın lideridir.
“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi
“Vilyarreal” isə səfərdə “Betis” ilə bir xal qazan qazanıb - 1:1.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Real Valladolid" - "Osasuna" - 3:2;
"Valensiya" - "Atletik Bilbao" - 2:2;
“Xetafe” - “Sevilya” - 0:1;
“Hueska” - “Deportivo Alaves” - 1:0.
“Elçe” - “Qranada” - 0:1;
“Real Sosyedad” - “Eybar” - 1:1;