İspaniyada 5 narkotik alverçisi saxlanılmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). İspaniyanın hüquq mühafizə orqanları Valensiyada iki, Madriddə isə üç nəfər narkotik alverçisini həbs etmişlər. Onlardan 10 milyon avro və 452 kiloqram kokain müsadirə olunmuşdur.
Bu barədə məlumatı noyabrın 19-da İspaniya Milli Polisi yaymışdır.
Pullar və narkotiklər Valensiya ətrafında Pikaniya adlı rayonda şəxsi evdə saxlanılırmış.
Bundan əlavə, cinayətkarların Madriddə mənzili olmuşdur. Burada narkotiklərin müxtəlif ölkələrə daşınması üzrə əməliyyatlar hazırlanırmış.
Polisin məlumatına görə, son iki ildə ən böyük məbləğdə pul müsadirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]