İsrail ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 10 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peerlə görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev Fondun cari fəaliyyət istiqamətləri, maliyyə dəstəyi proqramları, güzəştli kredit və subsidiya mexanizmlərinin əhatə etdiyi biznes subyektləri barədə məlumat verib.
Görüşdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışı, birgə maliyyələşmə proqramlarının həyata keçirilməsi perspektivləri, startapların maliyyələşdirilməsinə özəl investorların cəlb edilməsi müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]