İsrail təhlükəsizlik qüvvələri Qüds yaxınlığında hücum cəhdinin qarşısını alıb
Bakı, 7 yanvar, AZƏRTAC
İsrailin təhlükəsizlik qüvvələri Qüds yolunda avtomobillə hücum cəhdinin qarşısını alıb. Hadisə nəticəsində bir fələstinli uşaq güllə yarasından ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata əsasən, insident İordan çayının qərb sahilində, Qüds yaxınlığında yerləşən yəhudi Givat Zeev qəsəbəsi yaxınlığındakı keçid məntəqəsində baş verib. Avtomobilin toqquşması nəticəsində iki nəfər yüngül bədən xəsarətləri alıb.
Polis hadisəni terror aktı kimi qiymətləndirir, sürücü sərhədçilər tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində üç yaşlı fələstinli qız yaralanıb və onun ölüm xəbəri hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən təsdiqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]