Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbul sərgisində daha bir gün maraqlı tədbir və təqdimatlarla yadda qalıb

İstanbul, 5 noyabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda 41-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 4-də yazıçı, filologiya üzrə fəlsəfə doktoru, “Hədəf” nəşriyyatının direktoru Şəmil Sadiqin “OdƏrlər” tarixi-fəlsəfi romanının türkcə nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru tədqiqatçı-jurnalist Dilqəm Əhməd Azərbaycan ədəbiyyatında tarixi roman janrının formalaşmasından danışıb. Bildirib ki, XX əsrin əvvəllərindən yaranan tarixi romanlar zəngin inkişaf yolu keçib. Müstəqillik illərində də bu qəbildən əsərlər qələmə alınıb. Onların arasında ideya-bədii məziyyəti ilə seçilən əsərlərdən biri də Şəmil Sadiqin 2013-cü ildə nəşr olunan “OdƏrlər” romanıdır. Türk dilində də işıq üzü görən bu əsər II Qarabağ müharibəsindən əvvəl yazılsa da, burada şanlı Zəfərimiz əksini tapıb. Müəllif yeddi il sonra baş verəcək hadisələri öz təxəyyülü ilə canlandıraraq maraqlı bir tarixi roman ərsəyə gətirib.

Türkiyəli Aşıq Binyamin Aksunqur, İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu, yazıçı, naşir Suat Turqut və digər çıxış edənlər əsərin ideyası və bədii xüsusiyyətlərindən danışıb, müəllifə uğurlar arzulayıblar.

Şəmil Sadiq əsərin yazılmasının tarixçəsindən danışıb. Qeyd olunub ki, kitabın “Ön söz”ünün müəllifi görkəmli Azərbaycan yazıçısı mərhum İsa Muğannadır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunan "OdƏrlər" romanı postmodern üslubda yazılan və eyni zamanda, Qarabağ münaqişəsinə həsr olunan ilk irihəcmli nəsr nümunələrindəndir.

Əsəri türk dilinə Ruslan Rəhimov uyğunlaşdırıb.

Sonda Aşıq Binyamin Aksunqur tıva türklərinin (Rusiya) və İraq türkmənlərinin nəğmələrini səsləndirib. Müəllif kitabı oxucular üçün imzalayıb.

Həmin gün İstanbul sərgisi çərçivəsində görkəmli şair-dramaturq, Xalq şairi Vaqif Səmədoğlunun (1939-2015) türk dilində çap olunan “Mən burdayam, İlahi” kitabının da təqdimatı təşkil edilib. Tədbirin moderatoru şair Fərid Hüseyn Vaqif Səmədoğlunun yaradıcılığı haqqında söz açaraq onun poeziyasının Azərbaycan müasir şeirinin ən dəyərli nümunələrindən olduğunu deyib. Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə nəşr olunan kitabdakı şeirləri tanınmış şair və ədəbiyyatşünas mərhum Arif Acalov türk dilinə uyğunlaşdırıb.

Sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın tədbir iştirakçılarına ünvanlanan təbrik məktubunu oxunub.

Esseist, ədəbiyyatşünas Qismət Rüstəmov, araşdırmaçı, yazar Ülvi Babasoy, naşir Nurman Tariq V.Səmədoğlu yaradıcılığının özünəməxsusluğundan, Azərbaycan sərbəst şeirinin inkişafına verdiyi töhfələrdən danışıblar.

Şairin həyat yoldaşı, nəşrin layihə rəhbəri Nüşabə Babayeva-Vəkilova kitabın tərcüməsi və nəşrində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Vaqif Səmədoğlunun əsərləri ona geniş şöhrət gətirib. Şairin əsərlərində bütün gülüşlərin arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır.

Sərgi çərçivəsində daha bir tədbir çağdaş Azərbaycan şeirinin inkişaf mərhələlərinə həsr olunub.

Panelin moderatoru Fərid Hüseyn müasir poeziyamız haqqında məlumat verib. Şair Günel Şamilqızı müstəqillik dövrü Azərbaycan poeziyasının müxtəlif mərhələlərində diqqəti çəkən xanım yazarlardan bəhs edib. Şairlər Aqşin Yenisey, Şəhriyar Del Gerani və Fərid Hüseyn müasir Azərbaycan şeirinin mövzu və ideya istiqamətlərindən danışıblar.

Sonra Azərbaycan stendində yazıçı, Əməkdar jurnalist Yunis Orucovun türk dilində çap olunan "Boraltan" və "Nargin - türkün məzarı" kitablarının imza mərasimi keçirilib. “Boraltan” tarixi romanı II Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq qardaş Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə Cümhuriyyət Xalq Partiyası hökumətinin zorla SSRİ-yə təhvil verdiyi soydaşlarımızın məşəqqətli taleyinə həsr olunub.

Müəllifin ikinci kitabı isə I Dünya müharibəsi (1914-1918) zamanı Rusiyanın Xəzər dənizində əsir düşərgəsi kimi istifadə etdiyi Nargin adasında minlərlə türk hərbçisinin ağır şərtlər altında əzablı taleyindən bəhs olunur.

Bütün bunlarla yanaşı, TÜYAP Sərgi Kompleksində Türkiyə Nəşriyyatları Birliyinin təşkilatçılığı ilə Azərbaycan naşirlərinin türkiyəli həmkarları ilə görüşü keçirilib. Görüşdə iki ölkənin nəşriyyatları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub. Beynəlxalq platformalarda ölkələrimizin ədəbiyyatının, kitab sənayesinin təbliği sahəsində işbirliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu