İstanbuldakı parlayışı planlaşdıran terrorçu Suriyada məhv edilib
Bakı, 24 fevral, AZƏRTAC
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyada həyata keçirdiyi əməliyyat nəticəsində ötən il İstanbulun Beyoğlu rayonunda törədilən partlayışda əsas rol oynayan PKK/YPG terror təşkilatının üzvü Xəlil Menci zərərsizləşdirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, o, fevralın 22-də MİT əməkdaşları tərəfindən Suriyanın sərhədyanı Qamışlı rayonunda həyata keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilib.
Xatırladaq ki, 2022-ci il noyabrın 13-də İstanbulun İstiklal Caddesində törədilən partlayış nəticəsində altı nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Təhqiqat çərçivəsində saxlanılan 60 nəfərdən 20-si, o cümlədən terror aktını icra edən qadın həbs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]