“İstifadəçi araşdırması” – BDU-da infosessiya
Bakı, 18 oktyabr, AZƏRTAC
“Paşa Bank” Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru, Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə birgə universitet tələbələrinin əmək bazarına hazırlığını yüksəltmək üçün növbəti təlim keçirib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Təlimdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov sektorun fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, sektorun əsas məqsədi tələbələrə gələcək karyera quruculuğunda yardım etməkdir.
“Paşa Bank”ın əməkdaşı Təhminə Misirli “istifadəçi araşdırması” barədə danışıb. Təlimçi bildirib ki, “istifadəçi araşdırması” həyata keçirilərkən müsahibələr zamanı hədəflənən istifadəçilərin məhsul və ya xidmətin dizaynı, digər xüsusiyyətləri ilə bağlı istəkləri nəzərə alınmalıdır. Bu zaman kəmiyyət, keyfiyyət göstəriciləri, həmin göstəricilərin təhlili metodları mühüm əhəmiyyət kəsb edir.
T.Misirli vurğulayıb ki, uğurlu “istifadəçi araşdırması” uğurlu məhsulun yaradılması və inkişafı üçün ilkin zəmindir.
Sonra iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb
- 07.08.2026 [10:38]
Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]