İstiqlal Muzeyinin təşkilatçılığı ilə mart soyqırımı ilə bağlı silsilə tədbirlər təşkil edilib
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrində “Dəyişməyən xislət” adlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə muzeyin fondlarında saxlanılan soyqırımı hadisələrini əks etdirən fotolar, həmçinin “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanmış “Bakı soyqırımı” nümayiş olunub.
Həmin gün, eyni zamanda İstiqlal Muzeyi və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbi 229 və 52 nömrəli orta məktəblərin şagirdləri üçün açıq dərs təşkil edib. Açıq dərsdə muzeyin əməkdaşları Arzu Axundova və Fəxriyyə Əliyevanın soyqırımı ilə bağlı mühazirələri dinlənilib. Məktəblilər üçün sənədli film nümayiş olunub.
Sonda məktəblilər muzeylə tanış olublar.