İsveç Ukraynanın enerji sektorunun bərpasına 30,41 milyon dollar ayırıb
Bakı, 17 oktyabr, AZƏRTAC
İsveç qış mövsümü ərəfəsində enerji sektorunun bərpası üçün Ukraynaya 320 milyon kron (30,41 milyon dollar) ayırıb.
AZƏRTAC xəbər verir ki, həmin vəsait Kiyevə Skandinaviya-Baltik birgə yardım paketi çərçivəsində veriləcək.
“Ukraynanın enerji sektoruna dəstək üçün vacib olan yardım paketi cəmiyyətinin həyat qabiliyyətini təmin etməyə və evləri isitməyə kömək edəcək”, - deyə İsveçin xarici ticarət və əməkdaşlıq naziri Benyamin Dusa mətbuata açıqlamasında bildirib.
2022-ci ilin fevral ayından bəri İsveç Ukraynaya 57,4 milyard kron (5,45 milyard dollar) məbləğində vəsait ayırıb. Həmin vəsaitlər humanitar, hərbi, iqtisadi sahələrə, yenidənqurma və islahatlara xərclənib. Son paket nəzərə alınarsa, İsveçin Ukraynanın enerji təchizatına dəstəyi 2,1 milyard krona (199,5 milyon dollar) çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]