Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsveçdəki Azərbaycan diasporunun nümayəndələri VII Yay Düşərgəsi ilə bağlı təəssüratlarını bölüşüblər

İsveçdəki Azərbaycan diasporunun nümayəndələri VII Yay Düşərgəsi ilə bağlı təəssüratlarını bölüşüblər

Stokholm, 12 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 2-dən 8-dək Şərqi Zəngəzurun dilbər guşəsi olan Zəngilanda Diaspor Gənclərinin VII Yay Düşərgəsi keçirilib. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dirçələn şəhərlər” şüarı ilə Şərqi Zəngəzurda keçirilən Yay Düşərgəsində 64 ölkədən 123 diaspor gənci və ölkəmizi sevən xarici vətəndaş iştirak edib. Onların arasında İsveçdəki Azərbaycan diasporunun üç üzvü – bu ölkənin aparıcı universitetlərində təhsil alan gənclər də olublar. Azərbaycanlı gənclər Yay Düşərgəsində iştirakla bağlı təəssüratlarını AZƏRTAC ilə bölüşüblər.

Gülnisə İbrahimova: Diaspor Gənclərinin VII Yay Düşərgəsində iştirak etmək mənim üçün təkcə çox maraqlı deyil, həm də həqiqətən mənalı təcrübə oldu. Düşərgə zamanı Zəngilana və şəhərsalma məsələlərinə həsr olunmuş müxtəlif proqramlarda iştirak etdik, Laçında bir gecə keçirdik ki, bu da bizə Qarabağın müxtəlif guşələrini daha yaxşı tanımaq imkanı verdi.

Həmin həftə ərzində Azərbaycanın bir çox ictimai xadimi ilə də görüşdük, Qarabağın tarixi və inkişaf perspektivləri haqqında biliklər əldə etdik. Amma ən əsası, biz nəzəriyyə ilə məhdudlaşmadıq; Qarabağı əyani şəkildə görə bildik, onun ab-havasını və gözəlliyini hiss etdik.

Düşərgə əsnasında Şuşaya, Cıdır düzü yaylasına, Xudafərin körpüsünə, Qarabağın və Şərqi Zəngəzurun digər tarixi və təbiət abidələrinə baş çəkdik. Həmçinin Qarabağ Universitetində olduq və bu ali təhsil müəssisəsinin fəaliyyəti, gələcək planları və bölgənin inkişafında oynayacağı rol haqqında məlumat əldə etdik.

Ən çox təəssürat doğuran təcrübələrdən biri şəhid ailələri ilə görüşümüz oldu. Doğma torpaqlarını azad etmək üçün canlarını fəda edən şəhidlərin yaxınlarının xatirələri bizə dərin təsir bağışladı. Mənim üçün bu görüş əsl həyat dərsi oldu və uzun müddət yaddaşımda qalacaq.

Daha bir vacib məqam Azərbaycanı xaricdə ən yaxşı şəkildə təmsil etməklə, mədəniyyətimizin, tariximizin və görməli yerlərimizin təbliği ilə bağlı yeni biliklər qazanmağımız idi. Əminəm ki, düşərgədə qazandığım təcrübə bu sahədə gələcək səylərimdə mənə çox kömək edəcək.

Düşərgə mənə təkcə gözəl xatirələr və yeni dostlar qazandırmadı, həm də özümlə gələcək üçün bir çox dəyərli ideyalar götürdüm.

“Azərbaycanın İsveçdə təhsil alan tələbələri və məzunları” ictimai birliyinin (SSANA) vitse- prezidenti Fidan Əhmədli isə qeyd edib ki, Diaspor Gənclərinin VII Yay Düşərgəsi gənc azərbaycanlılar üçün ölkəmizi daha yaxşı tanımaq və dünyanın hər yerində yaşayan həmvətənlərlə görüşmək üçün unikal fürsət olub.

O deyib: “Düşərgənin proqramı çox əhatəli idi. Laçın, Cəbrayıl, Şuşa, Zəngilan və Xankəndini ziyarət etdik ki, bu da ölkəmizin tarixini daha yaxından öyrənməyə imkan verdi. Qarabağ Universitetinə səfər xüsusilə maraqlı oldu, burada onun fəaliyyəti və tələbələrə təqdim etdiyi imkanlar haqqında məlumat əldə etdik. Bir hüquqşünas olaraq, Qarabağda ən müasir təhsil imkanları təklif edən yeni universitetin inkişafını böyük maraqla izlədim.

Düşərgənin ən emosional məqamlarından biri şəhid anaları ilə görüş idi. Onların hekayələrini dinləmək, ağrılarını və inanılmaz dözümlülüklərini görmək həm çətin, həm də inanılmaz dərəcədə ilhamverici idi. Hərbçilərlə görüş də mənalı oldu. Bu insanların Vətənə xidmətləri haqqında eşitmək və onlarla şəxsən ünsiyyət qurmaq fürsəti bizdə dərin qürur və minnətdarlıq hissi yaratdı.

Düşərgənin ən yaddaqalan tədbirlərindən biri də dünyada məşhur fotojurnalist Reza Deqatinin təqdimatı oldu. O, bizə təkcə fotoşəkillərini göstərmədi, həm də hər bir şəklin arxasındakı hekayələri danışdı, şahidi olduğu hadisələrlə bağlı xatirələrini bölüşdü. Bəzən tək bir fotoşəkil min sözdən daha çox şey ifadə edə bilər. Onun təqdimatı zamanı məhz bunu hiss etdik. Bu fotoşəkillərin arxasındakı əsl hekayələri eşitmək məndə güclü və unudulmaz təəssürat yaratdı.

Bütün bu görüşlər və səfərlər düşərgəni mənim üçün adi sosial layihədən daha mənalı tədbirə, dərin mənəvi təcrübəyə çevirdi. Əminəm ki, orada keçirdiyimiz hər gün Vətənə olan sevgimizi və vətənpərvərliyimizi daha da gücləndirdi. Bundan əlavə, düşərgə bizə əsl dostlar və yeni peşəkar əlaqələr qazandırdı. Dünyanın hər yerində yaşayan azərbaycanlılarla görüşmək və Azərbaycanın ən gözəl guşələrindən biri olan Qarabağa səyahət etmək mənim üçün həqiqətən də əvəzsiz hədiyyə oldu”.

İsveçdəki Azərbaycan diasporunda gənclərin əlaqələndiricisi Məsumə Rüstəmli də təəssüratlarını bölüşüb: “Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində Laçında keçirilən panel diskussiyasında iştirak etmək mənim üçün böyük şərəf və sevinc idi.

Paneldə Azərbaycan diasporu gənclərinin fəaliyyəti, məqsədlərimiz və gələcək planlarımız müzakirə edildi. Ötən ilin dekabr ayından bəri həyata keçirilən layihələr və tədbirləri təqdim etdik, həmçinin İsveçdə və müxtəlif ölkələrdə fəaliyyətimiz barədə danışdıq.

Diaspor gənclərinin əsas məqsədi xaricdə yaşayan gənc azərbaycanlıları birləşdirmək, onların Azərbaycanla əlaqələrini gücləndirmək, milli və mədəni dəyərləri qorumaq, yaşadığımız dövlətlərdə ölkəmizi layiqincə təmsil etməkdir.

Panel diskussiyası zamanı, həmçinin hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, gəncləri bir-biri ilə əlaqələri möhkəmləndirməyə, qarşılıqlı dəstəyə və birlikdə çalışmağa çağırdıq. Axı gücümüz məhz birlikdədir.

Dünyanın hər yerindən olan gənc azərbaycanlılarla yanaşı, doğma torpağımızda, Laçında fəaliyyətimizin nəticələrini təqdim etmək məndə xüsusilə şərəfli və unudulmaz təəssürat doğurdu. Bu təcrübə mənim üçün böyük qürur mənbəyinə çevrildi və illər boyu yaddaşımda həkk olunacaq.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO