İsveçin yeni səhiyyə naziri təyin edilib
Stokholm, 9 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Xristian Demokrat partiyasının Höteborqdan olan bələdiyyə müşaviri Elisabet Lann İsveçin səhiyyə naziri olub.
AZƏRTAC xəbər verir ki, E. Lann əvvəllər parlamentin səhiyyə məsələləri üzrə komitəsində işləyib. Yeni nazir daxili siyasətlə yanaşı, beynəlxalq məsələlərlə də fəal maraqlanır. O, Höteborq Universitetində şərqşünaslıq elmini öyrənib. O, təhsilini Qüdsdə başa vurub, burada fələstinlilər, israillilərlə birlikdə sülh və inkişaf mövzusunda araşdırmalar aparıb. Xatırladaq ki, Baş nazir Ulf Kristerssonun parlament seçkilərinə bir il qalmış hökumətdə dəyişiklik edilməsi barədə qərarından sonra Ako Ankarberq Yohanssonun gözlənilmədən vəzifəsini tərk edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]