İSVEÇRƏ KONFEDERASIYASININ PREZIDENTI ZATI-ALILƏRI CƏNAB MORITS LOYENBERGERƏ
Hörmətli cənab Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı - Konfederasiyanın yaradılması günü münasibətilə Sizi və dost İsveçrə xalqını səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə İsveçrə arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyul 2001-ci il