İsveçrə şirkətləri üçün Azərbaycanın investisiya imkanlarına dair vebinar keçirilib
Bakı, 10 iyun, AZƏRTAC
Bakıda İsveçrə Birləşmiş Ticarət Palatası (JCC), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə İsveçrə şirkətləri üçün “Yenilənən Azərbaycan 2022: “Yeni biznes istiqamətləri və investisiya imkanları” mövzusunda onlayn təqdimat keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, İsveçrənin ölkəmizdəki səfiri xanım Muriel Peneveyre, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev, JCC-nin icraçı direktoru Dorit Sallis, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndəsi Nigar İskəndərova və İsveçrədən olan sahibkarların iştirak etdiyi vebinarda Azərbaycanın biznes və investisiya mühiti, Ələt Azad İqtisadi Zonasının imkanları, 4SİM-in fəaliyyəti, ölkəmizin bərpa olunan enerji potensialı, həmçinin “Holcim Azərbaycan” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr barədə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]