İsveçrəli gimnast: Batut gimnastikası üzrə Avropa çempionatında gözəl yarış əhval-ruhiyyəsi var
Bakı, 13 aprel, AZƏRTAC
Bakıda keçirilən Avropa birinciliyində yaradılan şərait əladır. Mən bu gün Bakıda olmağıma şadam. Çempionat yüksək səviyyədə təşkil olunub, yaradılan şərait idealdır. Burada çox yaxşı yarış əhval-ruhiyyəsi var. İdmançılar bir-birinə yaxşı münasibət bəsləyir, özlərini bir ailənin üzvləri kimi hiss edirlər. Bu, güclü idmançıların mübarizə apardıqları mükəmməl turnirdir.
Bunu batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının isveçrəli iştirakçısı Simon Proqin AZƏRTAC-a müsahibəsində söyləyib.
S.Proqin deyib: “Təşkilatçılar valehedici şou proqram da hazırlayıblar. Mən çempionatın açılış mərasimindən vəcdə gəldim, o, əsl gimnastika bayramına çevrildi. Bu, son dərəcə gözəldir. Bu il əyləncəli qurbağa-talismanları gördük. Ümumiyyətlə, bu Avropa çempionatının Bakıda keçirilməsi çox yaxşıdır. Mən Bakıya bir daha gəlməyi çox istərdim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]
Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]