İtaliya A seriyası: “Milan” xal itirib,“Yuventus” isə qələbə qazanıb
Bakı, 14 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə İtaliya A seriyasının 11-ci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda A seriyasının lideri “Milan” klubu "San Siro" stadionunda “Parma” komandasını qəbul edib.
Görüşün ilk dəqiqələrində “Milan” rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, meydan sahiblərini əks hücumda yaxalayan Parma təmsilçisi Ernaninin sayəsində hesabı açıb.
Qoldan sonra irəli atılan milanlılar fasiləyə kimi cəhdləri boşa gedib.
Qarşılaşmanın ikinci hissəsində “Parma” ikinci dəfə fərqlənməyə nail olub. Ernaninin cinah ötürməsini Yasmin Kurtiç dəqiq baş zərbəsi ilə tamamlayıb. Bir dəqiqə sonra “Milan” hesab arasındakı fərqi azaldıb. Teo Hernandes adını tabloya yazdırıb.
Qarşılaşmanın 90-cı dəqiqəsində meydan sahibləri böyük səylərdən sonra məğlubiyyətdən qaca bilib.
Teo Hernandes uzaq məsafədən vurduğu qol “Milan”ı məğlubiyyətdən xilas edib.
Qalan dəqiqələrdə “rossoneri”nin fərqlənməyə şansları olsa da hesab dəyişilməyib.
Beləliklə, “Milan” cari mövsüm ilk məğlubiyyətini qazanıb.
Bu nəticədən sonra “Milan” xal ehtiyatını 27-yə çatdıraraq liderliyini davam etdirir. “Parma” isə 11 xalla 14-cü yerdə qərarlaşıb.
A seriyasının son çempionu “Yuventus” səfərdə “Genoa”nın qonağı olub. Turinlilər rəqibini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “qoca sinyora”nın heyətində Paolo Dibala və Kriştiano Ronaldo (dubl) vurub. O, cari mövsüm çempionatda 10-cu qolunu vurub. “Genoa”nın yeganə qoluna isə Stefano Sturaro imza atıb.
Turun bu gün oynanılan digər görüşlərində “İnter” səfərdə “Kalyarini”dən üstün olub - (3:1), “Napoli” öz meydanında “Sampdoriya”ni (2:1), “Atalanta” isə “Fiorentina”nı məğlubiyyətə uğradıb - (3:0).
Xatırladaq ki, turun ötən gün keçirilmiş görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
"Latsio" - “Verona" - 1:2;
“Bolonya” - “Roma” - 1:5;
“Sassuolo” - “Benevento” - 1:0;
“Krotone” - “Spezia” - 4:1;
“Torino” - “Udineze” - 2:3.
A seriyasının növbəti turunun görüşləri dekabrın 15-dən 19-dək keçiriləcək.