İtaliya “Amazon” və “Apple” şirkətlərini 200 milyon avrodan çox cərimələyib
Roma, 23 noyabr, AZƏRTAC
İtaliyanın Rəqabət Təşkilatı (“Antitrust”) mərkəzi ofisi ABŞ-da yerləşən “Amazon” satış platforması və “Apple” texnologiya şirkətini bazarda rəqabət qaydalarını pozduqları üçün ümumilikdə 203,2 milyon avro məbləğində cərimələyib.
AZƏRTAC xəbər verir ki, qurumun açıqlamasında bu cəzanın “Apple” və “Beats” markalarının məhsullarının satıcılarının “amazon.it” saytında qarşılaşdıqları məhdudiyyətlər səbəbindən verildiyi bildirilib.
Qeyd olunub ki, “Apple” və “Beats” yalnız müəyyən satıcılara “amazon.it” saytında satış imkanı verir və bu da Avropa İttifaqının qaydalarına ziddir.
“Amazon”u 68,7 milyon avro və “Apple” şirkətini isə 134,5 milyon avro cərimələyən İtaliya Rəqabət Təşkilatı, həmçinin həmin şirkətləri “amazon.it” saytında ayrı-seçkilik xarakterli məhdudiyyətlərə son qoymağa çağırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]