İtaliyada dəmir yolunda baş verən yanğın qatarların hərəkətində fasilələrə səbəb olub
Roma, 24 iyul, AZƏRTAC
İtaliyanın Florensiya şəhərində dəmir yolunun transformator stansiyasında baş verən yanğın ölkə üzrə qatarların hərəkətində fasilələrin yaranmasına səbəb olub.
AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində ölkənin əsas şimal-cənub dəmir yolu xəttində hər iki istiqamətdə qatarların hərəkətində uzunmüddətli gecikmələr yaranıb.
İtaliya Dövlət Dəmir yolu Şirkəti (RFİ) yanğının naməlum şəxs və ya şəxslər tərəfindən törədildiyini bildirib.
Şirkətdən bildiriblər ki, qatarların hərəkətində təxminən 3 saatlıq gecikmə olub. Bu isə gün ərzində normal hərəkət qrafikin bərpa olunmasına çətinliklər yaradıb. Yanğın səbəbindən 25 sürət qatarın hərəkəti ləğv edilib.
Faktla bağlı araşdırma aparılır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]