İtaliyada dənizkənarı kurort bölgədə yanğın olub, 600 nəfər təxliyə edilib
Roma, 10 iyul, AZƏRTAC
İtaliyanın Kastiqlione della Peskaya bölgəsində turist düşərgəsi ərazisində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, alov evlər və yaşayış yerləri olan təxminən bir hektar şam meşəsini bürüyüb. Tüstü geniş əraziyə yayılıb, turistlərin böyük narahatlığına səbəb olub. Təxminən 600 nəfər düşərgədən təxliyə edilib.
Yanğının söndürülməsinə 5 helikopter və mülki müdafiə qüvvələri cəlb olunub. Düşərgədəki idman zalında ilkin tibbi yardım və toplama məntəqəsi yaradılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin ətraf mühitə və infrastruktura ciddi ziyan dəyib. Yanğının nasaz su qurğusundan baş verdiyi güman edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]