İtaliyada ilk dəfə Azərbaycan mətbəxi festivalı təşkil olunacaq
Roma, 21 noyabr, AZƏRTAC
Noyabrın 29-dan dekabrın 1-dək İtaliyada birinci Azərbaycan mətbəxi festivalı keçiriləcək. Festival Azərbaycanın İtaliyadakı səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə reallaşacaq.
AZƏRTAC xəbər verir ki, festivalın açılışı mərasimi noyabrın 29-da “Baglioni Hotel Regina” mehmanxanasında təşkil olunacaq, sonrakı iki gün ərzində isə mehmanxananın “Brunello” restoranı Azərbaycan milli yeməklərindən ibarət menyu əsasında fəaliyyət göstərəcək.
Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunacaq.
İtaliya mətbuatı indidən festivala böyük maraq göstərir və artıq bir sıra KİV-lərdə məlumatlar dərc olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]