Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub VİDEO

Roma, 11 may, AZƏRTAC

Azərbaycanın İtaliyadakı Səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyada yaşayan və təhsil alan soydaşlarımızın da iştirakı ilə reallaşan tədbir ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin quruculuğunda xidmətlərinə, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafına verdiyi misilsiz töhfələrə həsr edilib.

Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişindən sonra Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun sədri Azər Kərimli çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi müxtəlif tarixi dövrlərdə ali məramının daim xalqımızı və respublikamızı bütün istiqamətlərdə daha güclü və inamlı etmək istiqamətində yorulmaz fəaliyyətlər göstərmək olduğunu bildirib. Həmişə Azərbaycanın gələcəyi haqqında düşünən ulu öndər Heydər Əliyev hələ sovet dönəmində respublikaya başçılıq edərkən diqqətində saxladığı ən vacib məsələlərdən birinin kadr problemi olduğunu söyləyən deputat A.Kərimli Ümummilli Liderin bu məqsədlə mütəmadi olaraq getdikcə daha çox sayda gənclərin ovaxtkı Sovet İttifaqının aparıcı ali təhsil müəssisələrinə göndərdiyini, elə özünün də həmin tələbələrdən biri olduğunu deyib: “Müdrik rəhbərin bu uzaqgörən tədbirləri sayəsində artıq müstəqillik dövründə Azərbaycan böyük bir dəstə bilikli mütəxəssislər qazandı ki, həmin ixtisasların əksəriyyəti heç respublikada tədris edilmirdi”.

A.Kərimli Azərbaycanla İtaliya arasında ildən-ilə dərinləşən dostluq münasibətlərinin və sıx diplomatik əlaqələrin təməlinin də müstəqilliyin bərpasından lap az sonra, məhz Ulu Öndər tərəfindən qoyulduğunu xüsusi vurğulayıb.

Sonra Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclaslarında iştirak etmək üçün Romada səfərdə olan Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Davam edən Heydər Əliyev yolu” adlı məruzə ilə çıxış edərək sözünü müstəqilliyin hər bir xalqın bütün varlığı boyunca qazandığı ən ali nemət olması həqiqətini bir daha ifadə etməklə başlayıb.

Dövlətçi və siyasətçi fəaliyyətləri dövründə ulu öndər Heydər Əliyevin ən kəskin silahının məhz onun sözü olduğunu, aqil rəhbərin polad məntiqi, iti zəkası, zəngin biliyi ilə qovuşaraq milyonları idarə edən bir gücə çevrilən parlaq nitqinin bir tərəfdən onun xalqa bağlılığından, digər yandan böyük müəllimlərdən dərs almasından bəhs edən akademik Rafael Hüseynov deyib: “Ümummilli lider Heydər Əliyev sözə münasibətdə çox həssas idi. Sözün də, söz əhlinin də həm qiymətini, həm yerini, həm də gücünü bilirdi. Çünki ulu öndər Heydər Əliyev özü də böyük söz adamı idi. Qarşısındakını kimliyindən, yaşından, məqamından, çinindən asılı olmayaraq həmişə axıracan, hövsələ ilə dinləməsi də ilk növbədə, ümummilli lider Heydər Əliyevin sözə hörmətindən irəli gəlirdi. Lap cavanlığından Heydər Əliyev zabit poqonları daşımışdı, generallığacan yüksəlmişdi, üstündə silah gəzdirmək hüququ olmuşdu. Ancaq silahı olanda da, olmayanda da o, silahlı idi. Heydər Əliyevin ən misilsiz, daim tən hədəfə vuran silahı söz idi. Ulu öndər Heydər Əliyev elə mahir siyasət sərkərdəsi idi ki, sözün vasitəsilə qalaq-qalaq silahların, sıra-sıra qoşunların görə bilməyəcəyi işləri görməyi bacardı. Onun sözə sayğısının ayrı bir əlaməti ana dilimizi səlis, rəvan, səriştə ilə, sözü incitmədən, sözə sevgi ilə məftunedici cəlbediciliyə malik nitqində canlandırması idi. Heydər Əliyev natiqliyinin bir özəlliyi də vardı. Onun fenomenal yaddaşı barədə rəvayətlər söylənir. Lakin elə iti yaddaşlı adamlar var ki, anbar kimi hər eşitdiyini alıb saxlayır, üst-üstə qalaqlayır, gərək olanda isə həmin qarmaqarışıqlıqdan istədiyini eşib çıxara da bilmir. Heydər Əliyevin kəskin hafizəsinin bir özəlliyi də unutmamaqdan əlavə, yadında saxladıqlarından hər birini məhz zərurət anında elə bir saniyə öncə əli ilə qoyubmuş kimi, dərhal alıb ondan yararlana bilməsi idi. Həmin iti və ani seçmə bacarığı olan hafizəsinin sayəsində ulu öndər Heydər Əliyev dilimizin rəngarəng söz yatırından bir çox yazıçıdan, qəzetçidən, aktyordan da artıq məharətlə bəhrələnə bilirdi. Bunun arxasında, ilk növbədə, zəhmət, alın təri, daim öz üzərində işləmək vərdişləri dayansa da, unudulmaz Heydər Əliyev təvazö ilə əsas səbəbi başlanğıcdan yaxşı müəllimlərinin olmasında görürdü. Əslində, bu da haqq söz idi. Həmin müəllimlərdən birinin, Hüseyn Cavidin böyük qardaşı - müəllimliyindən savayı mütərcim, araşdırıcı, qəzetçi və nəhayət, yalnız yaşadığı Naxçıvanda deyil, bütün Azərbaycanda sayılan bir ziyalı olmuş Şeyx Məhəmmədin arxivini diqqətlə araşdıraraq belə bir qənaətə gəlmişəm ki, qardaşı Cavidin də ilk müəllimliyini etmiş, sonralar məşhurlaşacaq neçə Azərbaycan ziyalısının yetişməsində əvəzsiz xidmət göstərmiş Şeyx Məhəmməd gerçəkdən tayı-bərabəri olmayan müəllim imiş. O cür müəllimin Heydər Əliyev kimi yetirməsi olması, o cür müəllimdən ana dilinin təməl dərslərini alanın ana dilinin ən ali hamisi və keşikçisinə çevrilməsi də bir qanunauyğunluqdur”.

Deputat R.Hüseynov unudulmaz Heydər Əliyevin Azərbaycan dövlətinə başçılıq etdiyi onillər boyunca daim qurub-yaratdığını, onun şah əsərininsə məhz müasir, güclü Azərbaycan olduğunu deyib: “Heydər Əliyevin ilk ali təhsili memarlıq idi. 1930-40-cı illərdə yetərincə məşhur Sənaye İnstitutuna o, memarlıq ixtisasına yiyələnmək arzusu ilə daxil olmuşdu. Müharibə başlanır və onun bu təhsili yarımçıq qırılır, amma hər halda Heydər Əliyev nəticə etibarilə memar oldu. Memar düşüncə tərzi onun təfəkkür tərzinə çevrildi. Görəcəyi hər bir işin ən xırda ayrıntısınacan layihəsi irəlicədən beynində hazır oldu. Ona görə heç vaxt tələsik, qarasına, sonrası necə olacağın fərqinə varmadan addım atmadı. O, millətinin və məmləkətinin yeni tarixinin memarı oldu, güclü Azərbaycanın, müstəqil Azərbaycanın, dünyanın sayğı göstərdiyi, istiqlalı dönməz, iqtisadiyyatı günü-gündən qüdrətlənən çağdaş Azərbaycanın memarı oldu”.

Akademik bu gün dünya boyunca səsi getdikcə daha qüvvətlə ucalan Azərbaycan diasporunun qazandığı belə mütəşəkkilliyin banisinin də Heydər Əliyev olduğunu, Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinə rəhbərlik etməyə başladığı ilk çağlardan səfər etdiyi bütün ölkələrdə mütləq orada yaşayan soydaşlarımızla görüşməyə vaxt ayırdığını, müdam onları Vətən naminə birliyə çağırdığını yada salıb.

R.Hüseynov böyük Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirildiyini, məhz bu yolun Azərbaycanı xoşbəxt sabahlara aparan ən doğru və düz yol olduğuna inamını ifadə edib.

Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolu, müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, dövlət institutlarının qurulması, ölkəmizin sosial-iqtisadi tərəqqi və dayanıqlı inkişaf yoluna qədəm qoyması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və beynəlxalq nüfuzunun təmin olunması istiqamətində həyata keçirdiyi strategiyası haqda danışıb. Ümummilli lider Heydər Əliyevin xarici siyasətində Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin qurulması və inkişafına diqqət yetirdiyini deyən səfir bu xüsusda Ulu Öndərin İtaliya ilə əlaqələrə verdiyi önəmi qeyd edib. Diplomat bildirib ki, 1997-ci ildə Ümummilli Liderin İtaliyaya rəsmi səfəri vaxtı keçirdiyi görüşlər və həmin səfər vaxtı imzalanmış sənədlər iki ölkə arasında daim inkişaf edən və çoxölçülü strateji tərəfdaşlığa aparan münasibətlərin bünövrəsini qoyub.

Tədbirin sonunda Ulu Öndərin zəngin həyat təcrübəsinə və dövlətçilik fəaliyyətinə həsr olunmuş və görkəmli Azərbaycan bəstəkarlarının yazmış olduğu mahnılardan ibarət “Şah əsər Azərbaycan” audio albomundan seçmə nəğmələr dinlənilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

İtaliyada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik