İtaliyada vaksin sertifikatını göstərmədən parlament binasına daxil olan senatora cəza verilib
Roma, 20 oktyabr, AZƏRTAC
İtaliyada “Yaşıl keçid kartı”nı (“Green pass” və ya vaksin sertifikatı) göstərmədən parlament binasına daxil olan senator Laura Granato 10 gün müddətinə işdən uzaqlaşdırılıb, həmçinin onun əməkhaqqı kəsilib.
AZƏRTAC xəbər verir ki, Alternativ Var qrupundan senator L.Granato parlament binasının girişində vaksin sertifikatını göstərmədən Senatda COVID-19 pasportu ilə bağlı aparılan müzakirələrə qatılıb. Vaksin sertifikatı tətbiqinə qarşı çıxan L.Granatonun binaya daxil olarkən “Green pass”ı göstərməkdən imtina etdiyi barədə Senatın Rəyasət Heyətinə məlumat verilib. Rəyasət Heyəti isə senatorun cəzalandırılmasına qərar verib.
İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellati senator L.Granatonun parlament binasına daxil ola bilməyəcəyini və 10 gün müddətinə işdən uzaqlaşdırıldığını bildirib.
Xatırladaq ki, oktyabrın 15-dən etibarən İtaliyada vaksin sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanun qüvvəyə minib. Belə ki, bütün işçilərdən COVID-19 əleyhinə peyvənd edildiklərini, infeksiyadan sağaldıqlarını və ya virusla bağlı testin nəticəsi mənfi olan sənəd tələb edilir. Bu qaydaya əməl etməyən bütün işçilərə əməkhaqqının azaldılması və digər sanksiyalar tətbiq olunur.
Qeyd edək ki, İtaliyada yaşı 12-dən çox olan əhalinin 85 faizi ən azı bir doza peyvənd edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]