İtaliyanın Sardiniya adasında daşqın nəticəsində doqquz nəfər həlak olmuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Çərşənbə axşamı İtaliya KİV-ləri xəbər vermişdir ki, “Kleopatra” qasırğasından sonra yağan güclü yağışlar səbəbindən Sardiniya adasında baş vermiş daşqın nəticəsində doqquz adam həlak olmuş, beş nəfər itkin düşmüşdür.
Həlak olanlar arasında 90 yaşlı qadın, su ilə dolmuş evində həlak olmuş 64 yaşlı italyan qadın, körpü dağılarkən suda boğulmuş bir kişi, habelə fermer və oğlu da vardır. Təhlükəsizlik üzrə dörd zabit xilasetmə əməliyyatı zamanı yaralanmışdır.
Olviya və Nuoro əyalətlərində vəziyyət mürəkkəb olaraq qalır. Orada məktəblər bağlanmışdır. Avtomobil və dəmir yollarında hərəkətlə bağlı problemlər vardır.
İtaliya Mülki Müdafiə Xidmətinin dispetçer məntəqəsinə yüzlərlə adam zəng edib kömək istəyir.
Yaranmış vəziyyəti qiymətləndirmək üçün Mülki Müdafiə Xidmətinin başçısı Franko Qabrielli təcili müşavirə çağırmışdır.
Romada vəziyyət sakit olaraq qalır, lakin KİV-lər Tibr çayının səviyyəsinin qalxdığını bildirirlər.
Qarşıdakı bir sutka yarım ərzində paytaxtda güclü külək və leysan nəticəsində elektrik təchizatında fasilələr gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]