İtaliyanın yeni hökumətinin andiçmə mərasimi keçirilib
Bakı, 5 sentyabr, AZƏRTAC
Cüzeppe Kontenin rəhbərlik etdiyi İtaliyanın yeni hökuməti ölkə Prezidenti Serco Mattarellanın iştirakı ilə and içib.
AZƏRTAC xəbər verir ki, Kvirinal sarayında baş tutan təntənəli mərasim İtaliyanın bütün televiziya kanalları vasitəsilə yayımlanıb.
“Beş ulduz hərəkatı” və Demokratik partiya heyətində yeni parlament çoxluğuna söykənən hazırkı koalisiya kabineti 21 nazirdən ibarətdir (səkkizi portfelsiz) və onlardan 11-i “Beş ulduz hərəkatı”nı, səkkizi isə demokratik partiyanı təmsil edir. Hökumətdə “Beş ulduz hərəkatı” və “Liqa” partiyasından ibarət köhnə koalisiyadan cəmi iki nəfər - Ətraf Mühitin, Qurunun və Dənizin Mühafizəsi naziri Serco Kosta və Ədliyyə naziri Alfonso Bonafede təmsil olunur. Onların hər ikisi “Beş ulduz hərəkatı”nın üzvləridir. Bu partiyanın lideri, əvvəlki kabinetdə İqtisadi İnkişaf, Əmək və Sosial Siyasət Nazirliyinin rəhbəri vəzifəsini tutan Luici Di Mayo Xarici İşlər naziri təyin edilib. Son 20 il ərzində ilk dəfə olaraq Daxili İşlər Nazirliyinə qadın - Milana Luçana rəhbərlik edəcək.
Bundan sonra hökumət parlamentin etimadını qazanmalıdır. Deputatlar palatası və Senat çox güman ki, sentyabrın 9-10-da bu məsələ ilə bağlı səsvermə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]