İxraca qoyulan məhdudiyyətlər yapon şirkətlərinin fəaliyyətini çətinləşdirib
Tokio, 5 iyul, AZƏRTAC
Yaponiyanın yüksək texnologiyalı materiallar istehsal edən şirkətləri hökumətin onların məhsullarının ixracını təsdiq etməsi üçün təcili sənədlərini hazırlamağa çalışırlar.
AZƏRTAC xəbər verir ki, iyulun 4-də Yaponiya hökuməti həmin materialların Cənubi Koreyaya ixracına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bildirilir ki, məhdudiyyətlər yarımkeçiricilər və digər yüksək texnologiyalı komponentlərdə istifadə olunan üç materiala tətbiq edilib. Qeyd edilir ki, yapon şirkətləri bütün dünyadakı həmin materialların 70-90 faizini istehsal edir. Cənubi Koreya dünya üzrə yarımkeçiricilərin ən böyük istehsalçılarından biridir və bu, əhəmiyyətli dərəcədə yapon məhsulundan asılıdır.
Bir sıra yapon şirkətləri Cənubi koreyalı həmkarları ilə birlikdə hökumətin razılığını almaq üçün müvafiq sənədlər hazırlayırlar.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib ki, sənədlərə baxmaq üçün təqribən 90 gün vaxt lazımdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]