İYULDA “SARA XATUN” TAMAŞASININ PREMYERASI OLACAQDIR
AZƏRTAC xəbər verir ki, iyulun 1-ci ongünlüyündə Dövlət Gənclər Teatrında Nizami Saraclının “Sara Xatun” əsəri əsasında rejissor, əməkdar incəsənət xadimi Rəhman Əlizadənin quruluş verdiyi eyniadlı tamaşanın premyerası olacaqdır.
Ağqoyunlu dövlətinin siyasi həyatında mühüm rol oynamış, hökmdar Uzun Həsənin anası, xalqımızın ilk diplomat qadını Sara Xatunun obrazı Azərbaycan səhnəsində birinci dəfə canlandırılacaqdır.
Dövlət Musiqili Komediya Teatrınının səhnəsində göstəriləcək tamaşada Sara Xatunun həyatından və diplomatik fəaliyyətindən bəhs edilən məqamlarda onun ağqoyunluların dövlət müstəqilliyinin saxlanılmasında Osmanlı sultanı II Mehmetlə bağladığı Yassıçəmən müqaviləsinin əhəmiyyəti diqqətə daha qabarıq çatdırılır.
Tamaşada Sara Xatun obrazını respublikamızın əməkdar artisti Qəmər Məmmədova canlandıracaqdır. Başqa rollarda teatrın aparıcı aktyorları-əməkdar artist Ayşad Məmmədova, aktyorlardan Ədalət Əbdülsəmədov, Rəşad Səfərov, Qədirhüseyn İsmayılov və başqaları çıxış edəcəklər.
Yeni səhnə əsərinin rəssamı Vüqar Əlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]