İyunda Bakıda gənclər təşkilatlarının respublika sərgisi keçiriləcəkdir
Bakı, 16 may (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə iyun ayında Bakıda gənclər təşkilatlarının IV respublika sərgisi keçiriləcəkdir.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, məqsəd gənclər təşkilatlarının fəaliyyətini təbliğ etmək, ölkənin ictimai həyatında gənclərin iştirakını stimullaşdırmaqdır.
Sərgidə hər bir təşkilatın stendləri üçün 8 kvadratmetr sahə ayrılacaqdır. Burada gənclər qurumlarının fəaliyyəti haqqında filmlər nümayiş etdirmək, bukletlər və digər mətbu məhsulla tanış olmaq, müxtəlif layihələrin təqdimatını keçirmək mümkün olacaqdır.
Stendlərin icarəyə verilməsi və quraşdırılması ilə nazirliyin özü məşğul olacaqdır.
Sərgidə iştirak etmək istəyən gənclər təşkilatları mayın 31-dək Gənclər və İdman Nazirliyinin rəsmi saytında müvafiq qeydiyyat formasını doldurmalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]