Kabildə baş verən iki partlayış nəticəsində 11 nəfər həlak olub
Bakı, 17 noyabr, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabildə baş verən iki güclü partlayış nəticəsində ən azı 11 nəfər həlak olub.
AZƏRTAC Aamaj News agentliyinə istinadla xəbər verir ki, ilk partlayış paytaxtın qərbində yerləşən və etnik xəzəri-şiələrinin yaşadığı Daşte-Barçi rayonunda baş verib. Mikroavtobusun maqnitli mina vasitəsi ilə partladılması nəticəsində dörd nəfər ölüb, iki nəfər isə yaralanıb.
Kabilin qərbindəki Dehbori rayonunda törədilən ikinci partlayış nəticəsində isə yeddi nəfər həyatını itirib.
Qeyd edək ki, “Taliban” hərəkatı avqust ayında ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda hakimiyyəti ələ keçirib. Sentyabrın 7-də taliblər ölkənin müvəqqəti hökumətini formalaşdırsa da, “Taliban” hökuməti dünyanın heç bir ölkəsi tərəfindən rəsmi olaraq tanınmayıb. Həmçinin ölkədə İŞİD qruplaşma aktiv fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]