Kamala Harris Donald Trampla reytinq fərqini 1 faizədək azaldıb
Bakı, 17 oktyabr, AZƏRTAC
ABŞ-ın vitse-prezidenti və ən yüksək dövlət postuna Demokratlar partiyasından namizəd Kamala Harris amerikalı seçicilərin dəstək səviyyəsinə görə Respublikaçılar partiyasından olan əsas rəqibi Donald Trampla arasındakı fərqi 1 faizə endirib.
AZƏRTAC xəbər verir ki, bunu “Rasmussen Reports” tədqiqat təşkilatının keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərib.
Məlumata görə, sorğu iştirakçılarının 48 faizi noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampa, 47 faizi isə Kamala Harrisə səs verməyə hazırdır. Eyni zamanda, respondentlərin 3 faizi başqa namizədə səs verəcəklərini bildiriblər.
Oktyabrın 10-15-də telefon vasitəsilə keçirilən sorğuda 2 mindən çox amerikalı seçici iştirak edib.
Təşkilatın öncəki sorğusunun nəticəsinə görə, Donald Trampa dəstək səviyyəsi 48 faiz, Kamala Harrisə dəstək səviyyəsi isə 46 faiz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]