“KAPİTALBANK” “MONEYGRAM” TƏCİLİ PUL KÖÇÜRMƏLƏRİNİN AGENTİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Kapitalbank” “MoneyGram” təcili pul köçürmələrinin agenti olmuşdur.
Bankın istənilən filialında, ən azı 5 ABŞ dolları faiz tutulmaqla, dünyanın istənilən nöqtəsinə təcili pul köçürmək və ya almaq olar. “MoneyGram” vasitəsilə sutkada ən çoxu 5 min dollar köçürmək mümkündür.
Bu, “Kapitalbank”ın "Western Union", "Contact", "Мiqom" və "Bıstraya poçta" ilə birlikdə təqdim etdiyi beşinci pul köçürməsi sistemidir.