Karate1 Premyer Liqa turnirinin Bakı mərhələsi mövsümün sonuncu yarışı olacaq
Bakı, 2 sentyabr, AZƏRTAC
Karate1 Premyer Liqa turnirinin dördüncü Bakı mərhələsi mövsümün sonuncu yarışı olacaq.
AZƏRTAC xəbər verir ki, Dünya Karate Federasiyasının ilin əvvəlində açıqladığı təqvim planına görə, turnir beş mərhələdən ibarət olmalı idi. Beşinci mərhələyə isə ABŞ-ın Los-Anceles şəhəri ev sahibliyi edəcəkdi. Lakin dünya federasiyası bu planı reallaşdıra bilməyib və Bakı turniri ilə Premyer Liqanın cari mövsümünə yekun vurulacaq.
Sentyabrın 4-dək davam edəcək turnirin Bakı mərhələsində 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.
Bakıda Dünya Karate Federasiyasının ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]