Azərbaycan Dövlət İnformasiya Agentliyi

Karate-do Federasiyasının uğuru - 31 qızıl, 44 gümüş, 67 bürünc medal

Naxçıvan, 29 yanvar, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları 2019-cu ildə keçirilən yarışlarda 172 medal qazanıblar. Təkcə dünya və Avropa çempionatlarında, o cümlədən beynəlxalq turnirlərdə 31 qızıl, 44 gümüş, 67 bürünc medal qazanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncaqda səsləndirilib.

Tədbirdə federasiyanın sədri Fazil Ələkbərov yığıncağın gündəliyində duran məsələlərlə bağlı məlumat verib.

Sonra federasiyanın sədr müavini Nəriman Quliyevin 2019-cu ildə görülən işlər və keçirilən yarışlar barədə hesabatı dinlənilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada aparılan uğurlu idman siyasətindən danışıb. Vurğulayıb ki, Gənclər və İdman Nazirliyi 2019-cu il ərzində kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə 386 tədbir keçirib. Ümumilikdə, muxtar respublikadan kənar yarışlarda 369 medal qazanılıb.

Azad Cabbarov deyib: “Muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2002-ci ildə yaradılan Karate-do Federasiyasıdır. Hazırda Naxçıvanda 20 bölmədə 600-ə yaxın şəxs bu idman növü ilə məşğul olur. Gənclər və İdman Nazirliyi federasiya ilə birgə karate-do idman növünü inkişaf etdirmək və kütləviliyinin təmin olunması məqsədilə çoxsaylı tədbirlər reallaşdırıb. Belə ki, ötən il karate-do üzrə 2 muxtar respublika çempionatı, 3 rayon açıq birinciliyi, 1 beynəlxalq turnir keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və Ağbulaq İstirahət Mərkəzində Yay məktəbləri təşkil olunub”.

Gənclər və İdman naziri bildirib ki, 2019-cu ilin dekabr ayında Dünya Şotokan Federasiyasının və Türkiyə Cümhuriyyəti Karate Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümayəndə heyətinin və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun muxtar respublikaya səfərləri, burada digər idman sahələri ilə yanaşı, karate idman növünün də inkişafını yüksək qiymətləndirmələri, Dünya Şotokan Federasiyasının prezidenti və idarə heyətinin qərarına əsasən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərovun Dünya Şotokan Federasiyasının birinci vitse-prezidenti seçilməsi muxtar respublikanın idman həyatındakı mühüm hadisələrdəndir. Qazanılan uğurlar məqsədyönlü fəaliyyətin nəticəsidir.

Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxışında vurğulayıb ki, muxtar respublikada uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi olaraq bütün sahələr kimi, idman da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.

“Federasiya bu qayğıdan bəhrələnərək 2019-cu ildə də işini günün tələbləri səviyyəsində qurmağa çalışıb. Hazırda 14 məşqçinin rəhbərliyi altında 3 klub və 20 karate bölməsi fəaliyyət göstərir. 2016-cı ildə yaradılan “Nəqşicahan karate-do qızlar idman klubu”nun da fəaliyyəti genişləndirilərək ötən il Naxçıvan şəhərində daha bir bölmə açılıb. Hazırda 4 qız bölməsi fəaliyyət göstərir”, - deyən federasiya sədri bildirib ki, 2019-cu ildə keçirilən beynəlxalq turnirlərdə qazanılan 7 qızıl, 12 gümüş və 12 bürünc medal qız idmançıların payına düşür. Bu gün muxtar respublikada karate idman növü ilə məşğul olanların 100-dən çoxu qızlardır.

Fazil Ələkbərov deyib: “Federasiya ötən il muxtar respublikanın şəhər və rayonlarında 12 yarış, o cümlədən 1 beynəlxalq turnir keçirib. Bu yarışlarda yaxşı nəticə göstərən 4 nəfər istedadlı idmançı seçilərək yığma komandanın tərkibinə daxil edilib. Hazırda yığma komandanın tərkibində 20 idmançı davamlı olaraq məşq keçir. Federasiyanın idmançıları ötən il ərzində İstanbul, Rizə, Moskva, Xarkov, Urmiya, Astara (İran), Tbilisi və Batumi şəhərlərində beynəlxalq turnirlərdə, həmçinin Buxarest şəhərində Dünya çempionatında, eləcə də Skopyedə Avropa çempionatında iştirak edərək uğurlu nəticələr qazanıblar”.

Diqqətə çatdırılıb ki, federasiyanın karateçiləri Bakı şəhərində təşkil olunmuş beynəlxalq turnirlərdə, yarışlarda da təmsil olunublar. Ümumilikdə, 2019-cu ildə bu idman növü üzrə idmançılar 1 dünya, 1 Avropa və 14 beynəlxalq çempionatlarda, 5 ölkədaxili yarışda və 12 muxtar respublika birinciliyində qüvvələrini sınayıblar. Həmçinin il ərzində seminar-treninqlər keçirilib, 142 nəfər idmançı kəmər imtahanlarına qatılıb. Onlardan 85 nəfəri küy dərəcələrinə, 1 nəfəri isə birinci dan qara kəmərə layiq görülüb.

Göstərilən diqqət və qayğının bariz nümunəsi kimi, federasiyanın idmançısı, dünya çempionu Rafiq Hüseynlinin adının gənc istedadların “Qızıl kitabı”na salınaraq xüsusi aylıq təqaüdə layiq görüldüyünü vurğulayan Fazil Ələkbərov federasiyanın digər idmançısı Vüsal Seyidovun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən gənc idmançısı seçildiyini qeyd edib.

Federasiya sədri yaradılan şəraitə görə məşqçi və idmançılar adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Vurğulanıb ki, federasiya bundan sonra da qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində əzmlə çalışacaq, istedadlı idmançıların yetişdirilməsində səy və bacarığını əsirgəməyəcəkdir.

Sonra federasiyanın şəhər və rayon bölmələrində görülən işlər barədə məşqçi-müəllimlərin fikirləri dinlənilib, il ərzində fərqlənən idmançılar mükafatlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb