KARTOF ƏKİNİ SAHƏLƏRİ ÜÇ DƏFƏ ARTMIŞDIR
Kürdəmir, 13 yanvar (AZƏRTAC). Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Prezident İlham Əliyevin rəhbərliyi ilə elmi əsaslarla inkişaf etdirilən dövlət aqrar siyasəti respublikamızın bütün bölgələrində olduğu kimi, Kürdəmirdə də kənd təsərrüfatının ənənəvi sahələri ilə yanaşı, qeyri-ənənəvi sahələrinin də sürətli inkişafına səbəb olmuşdur.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, torpaq mülkiyyətçiləri son beş ildə kartof əkini sahələrini üç dəfəyədək genişləndirərək ötən il 1.329 hektara çatdırmışlar.
Təkcə keçən il kartof sahələrindən 14 min 700 ton məhsul yığılmışdır ki, bu da inişilki göstəricidən 3.200 ton artıqdır. Bir sıra kəndlərdə, xüsusən Kür çayının kənarında və çaya yaxın ərazilərdə sakinlər ildə iki dəfə - yazda və payızda kartof əkir, yüksək məhsul götürürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]