KAZANIN QƏDİM ABİDƏLƏRİ BƏRPA EDİLİR
Xəttatlar Tatarıstanın baş məscidinin – Kül Şərif məscidinin günbəzində ərəb əlifbası ilə kəlamlar yazır, onu ən yüksək əyarlı qızılla bəzəyirlər. Ustad sənətkarların tətbiq etdikləri texnologiya qədimdir və onu Peterburqda öyrənmişlər.
...Beş əsr əvvəl burada əzəmətli Kül Şərif məscidi ucalırdı. Lakin sovet hakimiyyətinin ilk illərində, bir çox məbədlər kimi, onu da yerlə-yeksan etmişlər. Nə yaxşı ki, qədim eskizlər qalmışdır. İndi onu bu eskizlər əsasında yenidən tikirlər. Məscid nə türk, nə də ərəb memarlığı üslubundadır. Alimlər deyirlər ki, o, nadir bir memarlıq üslubudur və dünyanın heç bir yerində bənzəri yoxdur. Küveytli şeyx Abdullah çox məscidlər görüb, lakin Kül Şərif məscidinin əzəməti və möhtəşəmliyi onu heyran qoymuşdur.
Tatarıstan bərpaçıları və memarları Kazandakı digər qədim abidələri də yubileyədək əvvəlki görkəminə salmaq üçün var qüvvə ilə çalışırlar.