KƏND İNVESTİSİYA LAYİHƏSİ DÜNYA BANKININ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
Bakı, 7 aprel (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Kənd İnvestisiya Layihəsi Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda İnsanların Həyatının Yaxşılaşdırılması müsabiqəsinin qalibi olmuşdur.
Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov demişdir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2005-ci ildən Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanda icma layihələrini həyata keçirir. Agentliyin Kənd İnvestisiya Layihəsi (KİL) 5 il müddətində respublikanın 21 rayonunda 340 mikrolayihə maliyyələşdirmişdir. Məqsəd icmaların həyat şəraitini yaxşılaşdırmaqdır. Layihələrə kənddaxili yolların bərpası, içməli su təminatı, məktəblər və tibb məntəqələri, qaz, su, işıq xətlərinin bərpası və digər məsələlər daxildir.
Hökumət və Dünya Bankı arasında yeni imzalanan kredit müqaviləsinə əsasən, 3 il müddətində bank Azərbaycana layihələrin icrası məqsədi ilə daha 15 milyon dollar ayırmışdır. Şimal, şimal-qərb və Naxçıvan da daxil olmaqla 25 rayonda kiçik həcmli infrastruktur layihələrinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.
Mükafat bu ilin iyununda Vaşinqtonda təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]