KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NOVRUZ YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 16-da Bakı şəhərində Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları keçirilmişdir.
Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin birgə keçirdikləri yarmarkalar şəhərin rayonlarında, quş əti və yumurta yarmarkası isə “Təzə bazar”, 3-cü mikrorayon və Sabunçu bazarlarında təşkil olunmuşdu. Xatırladaq ki, əhalinin kənd təsərrüfatı məhsullarına artan tələbatı nəzərə alınaraq yarmarkalar bayram günlərində də fəaliyyət göstərəcəkdir.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada əhaliyə geniş çeşiddə meyvə, tərəvəz, ət məhsulları, yumurta, çərəz təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbarahimovun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar 4 gün müddətində əhaliyə geniş çeşiddə məhsullar satılacaqdır. Bir çox məhsulların qiyməti bazardakından 15-20 faiz, bəzilərininki isə hətta 30-40 faiz ucuzdur. Məqsəd şəhər əhalisini münasib qiymətlərə lazımi məhsullarla təmin etməkdir. Yeri gəlmişkən, 4 gün ərzində yarmarkalara 600 tona yaxın məhsul gətiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]