Kənd təsərrüfatı məhsullarının yığımı davam edir
Bakı, 14 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu il sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3000,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çox dənli və dənli-paxlalı bitkilər, 868,5 min ton (0,5 faiz çox) kartof, 1486,8 min ton (3,1 faiz çox) tərəvəz, 430,9 min ton (5,4 faiz az) bostan məhsulları, 494,9 min ton (3,3 faiz çox) meyvə və giləmeyvə, 73,6 min ton (əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə) üzüm, 22,4 min ton (0,3 faiz çox) günəbaxan, 9,0 min ton (30,0 faiz çox) şəkər çuğunduru, 2,1 min ton 21,5 faiz az) tütün, 885,4 ton (16,4 faiz çox) yaşıl çay yarpağı, 140,5 ton pambıq yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]