Azərbaycan Dövlət İnformasiya Agentliyi

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ŞƏKİDƏ ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi martın 6-da Şəki Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş zona seminar-müşavirəsi keçirmişdir. Müşavirədə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları icra hakimiyyəti aparatlarının aqrar məsələlər şöbələrinin rəhbərləri, kənd icra nümayəndəlikləri və bələdiyyə qurumlarının nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər, fermerlər iştirak etmişlər.
Seminar-müşavirəni Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov açmışdır. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Prezident Sərəncamından və onun icrası ilə əlaqədar Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarından irəli gələn məsələlərlə bağlı geniş məruzə etmişdir.
Məruzəçi müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin başladığı məqsədyönlü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın iqtisadi inkişaf baxımından 2006-cı ildə də dünyada lider mövqeyini qoruyub saxladığını xatırlatmış, neft sektorundan daxil olan vəsaitlər və büdcə gəlirləri artdıqca, digər sahələrlə yanaşı, aqrar sektora olan diqqət və qayğının daha da gücləndiyini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, istehsalçıları kənd təsərrüfatı texnikası və mineral gübrələrlə təmin etmək məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005 və 2006-cı illərdə dövlət büdcəsindən ümumilikdə 50 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, mineral gübrələrin alınması üçün 2005 və 2006-cı illərdə dövlət büdcəsindən əlavə olaraq 15 milyon manat vəsait ayrılmışdır.
Məruzəçi demişdir ki, aqrar bölmənin inkişafı ilə bağlı məsələ yanvarın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi yekunlarına və 2007-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da geniş müzakirə edilmiş, ertəsi gün dövlət başçısı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq və həmin məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədi ilə məhsul istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılmışdır.
Sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabineti bu il fevralın 15-də müvafiq qərarla “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”nı və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nı təsdiq etmişdir. Qərara əsasən, kənd təsərrüfatı məhsulları istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsait hesabına istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkinlərin becərilməsinə görə, istehsal etdiyi məhsulun növündən asılı olmayaraq, 40 manat məbləğində yardım verilməsi müəyyən edilmişdir. Bundan əlavə, qərarda “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqram, onun dəyərinin yuxarı həddi 26 manat müəyyən olunmuşdur. Yardımın ödənilməsinin təmin edilməsi üçün əlaqədar nazirlik və qurumların nümayəndələrinin daxil olduğu müvafiq Respublika Komissiyası yaradılmışdır.
Məruzədə bildirilmişdir ki, dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara yardım verilməsində əsas meyar kənd təsərrüfatı məhsullarının istehsalı üçün becərilən 1 hektar əkin sahəsi və çoxillik əkinlər götürülür. Yardım veriləcək istehsalçıları müəyyənləşdirmək üçün yerlərdə rayon komissiyaları və onların təqdimatı əsasında kənd ərazi komissiyaları, habelə mütəxəssislərdən ibarət işçi qrupları yaradılmalıdır. Rayon komissiyaları sənədləri qanunvericiliyə müvafiq qaydada tərtib edərək, Respublika Komissiyasına təqdim edir.
Sonra məruzəçi Nazirlər Kabinetinin qərarında qeyd olunan digər məsələlər barədə də iştirakçılara ətraflı məlumat vermiş, sənədlərin tərtibi zamanı meydana çıxan məsələlərin həlli ilə bağlı metodik tövsiyələrini bildirmişdir.
Daha sonra müşavirə iştirakçılarının çoxsaylı suallarına aydınlıq gətirilmişdir. Məhsul istehsalçılarını narahat edən ən vacib məsələlərdən biri mülkiyyət hüququnu təsdiq edən sənədin - torpaq haqqında şəhadətnamənin verilməsinin gecikdirilməsidir. İstehsalçılar lizinqə verilən texnikaların keyfiyyəti ilə bağlı məsələlərə də toxunmuş, məhsulun saxlanılması üçün yerlərdə irihəcmli soyuducuların quraşdırılmasına, anbarların tikilməsinə ehtiyac olduğunu vurğulamışlar.
Seminar-müşavirənin iştirakçıları Prezident Sərəncamının və onun icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarının aqrar bölmənin texnika və gübrələrlə təchizatının yaxşılaşmasında və məhsul istehsalının daha da artmasında mühüm rol oynayacağına əminliyini ifadə etmiş, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd təsərrüfatı istehsalçıları adından dərin minnətdarlıqlarını bildirmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb drektorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb

Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək

Azərbaycanda Amerika Ticarət Palatası “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib

Bu ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 3 min 766 fakt aşkar edilib

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində baş verən qəzada 22 pakistanlı hərbçi həlak olub

Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

BDYPİ: Texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələri yollarda ciddi risk yaradır

Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib

Yunanıstan səfiri “ASAN xidmət”də

Azərbaycanın beynəlxalq enerji bazarlarında strateji rolu daha da güclənib MÜSAHİBƏ

Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb

Bu ilin 5 ayı ərzində 4 tondan çox narkotik vasitə və psixotrop maddələr müsadirə olunub

“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

Azərbaycanla İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iş rejimləri təsdiqlənib

Volkan Yılmaz: Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün böyük əhəmiyyətə malikdir

Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib

“Bayer” heyətinə yeni futbolçu cəlb edib

Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” sərgisi açılıb

Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub

Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm

Milli qurtuluşdan dövlətçilik zirvəsinə: BDU tələbələri Ulu Öndərin siyasi irsini öyrənirlər

Sabah bəzi yerlərdə yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Bu ilin 5 ayı ərzində “802” xidmətinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 38 müraciət daxil olub

Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ

Ölkədə muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

DSMF-nin bu ilin 5 ayı üzrə gəlir və xərcləri açıqlanıb

Mətin Məmmədli: Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı inkişaf və təhlükəsizliyin əsas təminatıdır

ABŞ-nin neft ehtiyatları azalıb

Naxçıvanda əsas kapitala 65 milyon manata yaxın investisiya yönəldilib

Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Nərimanov rayonunda obyektdə baş verən yanğın söndürülüb – YENİLƏNİB 2 VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO

Azərbaycanda beynəlxalq sertifikatların maliyyələşdirilməsi proqramı hazırlanır

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi - RƏY

Fransadakı alman bunkerləri baxımsız qalıb

Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb

ADNSU-da respublika fənn olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Bakı, Sumqayıt və Abşeron üzrə bu ayın pensiyaları sabah ödəniləcək