KƏNDLƏRDƏ YAZ QAYĞILARI BAŞLANIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qısa müddətdə mal-qara üçün 100 hektar sahədə yemlik noxud əkilmişdir. Yazlıq bitkilər üçün çıxarılmış 300 hektar şum əkinə hazırlanır. Optimal müddətdə sahələrdə günəbaxan, ərzaq noxudu, bostan-tərəvəz bitkiləri əkiləcəkdir.
Böyük taxılcılıq təsərrüfatında zərərvericilər əleyhinə ciddi mübarizə işləri aparılır. Hazırda 1500 hektar sahədə gəmiricilərə qarşı 3-cü dərmanlama tədbiri həyata keçirilir.
Təsərrüfatın ən gəlirli sahələrindən olan üzümlüklərin becərilməsinə xüsusi diqqət göstərilir. Mövcud 296 hektar plantasiyada payız-qış becərilməsini müvəffəqiyyətlə yerinə yetirən əməkçilər indi bağlarda budama əməliyyatları aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]