“Kəpəz”– AZAL görüşündə hesab açılmayıb
Bakı, 13 avqust, AZƏRTAC
Avqustun 13-də futbol üzrə Topaz Premyer Liqasının ikinci turu çərçivəsində daha bir matç oynanılıb.
AZƏRTAC xəbər verir ki, günün tək qarşılaşması Gəncədə keçirilib.
Mövsümə uğursuz start verərək son iki sırada qərarlaşan “Kəpəz” və AZAL komandaları üz-üzə gəlib.
Avropa Liqasında uğursuz çıxışdan sonra çempionata da məğlubiyyətlə start verən Şahin Diniyevin yetirmələri ilk qələbəsini qazanmağa çalışsa da, paytaxt təmsilçisinin müqavimətini qıra bilməyib - 0:0.
İlk turda “Neftçi” ilə oyunda istədiyi nəticəni əldə edə bilməyən AZAL isə çətin səfərdən bir xalla dönmək vəzifəsinin öhdəsindən gəlib.
Sabah tura “Neftçi - “Zirə” oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]