“Kibermüharibə”nin final mərhələsinə start verilib - CIDC 2023
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakı Konqres Mərkəzində “Kibermüharibə” yarışının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, final mərhələsinə 20 komanda qatılıb.
Azərbaycanda kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə olunmasının inkişaf etdirilməsi məqsədilə ilk dəfə keçirilən “Kibermüharibə” yarışının final mərhələsinin qalibləri oktyabrın 27-də açıqlanacaq.