Kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyində 70 idmançı iştirak edib
Naxçıvan, 18 avqust, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə kikboksinq üzrə şəhər açıq birinciliyi keçirilib.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Kikboksinq Federasiyası ilə Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan birinciliyə “Naxçıvan-1”, “Naxçıvan-2”, “Şərur”, “Kəngərli”, “Odlar yurdu” komandalarından və “Turan” Döyüş Klubundan, ümumilikdə, 70 idmançı qatılıb. Görüşlər 3 yaş kateqoriyasında 18 çəki dərəcəsi üzrə keçirilib.
Olimipiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda 2003-2005-ci il təvəllüdlü idmançılar arasında Şəmsəddin Əliyev (51 kiloqram), İsmayıl Yaqubov (60 kiloqram), Fərid Məhərrəmov (63 kiloqram), 2006-2007-ci il təvəllüdlü idmançılar arasında Tuncay Qasımov (39 kiloqram), Sadiq Hacıyev (42 kiloqram), Gündüz Bağırov (51 kiloqram), Ceyhun Kazımov (54 kiloqram), Səhhət Əsədov (57 kiloqram), Sarvan Mirzəyev (60 kiloqram), Süleyman Adıgözəlov (66 kiloqram), Kənan Allahverdiyev (71+kiloqram), 2008-2009-cu il təvəllüdlü idmançılar arasında isə Qasım Xəlilov (36 kiloqram), Sinan Kazımov (39 kiloqram), Murad Şükürlü (42 kiloqram), Uğur Əliyev (47 kiloqram), Məhəmmədəli Qasımov (51 kiloqram), Sinan Bağırlı (57 kiloqram), Hüseyn Zamanlı (60+ kiloqram) rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıblar.
Komanda hesabında “Turan” Döyüş Klubu 1-ci olub. “Naxçıvan” komandası 2-ci, “Naxçıvan-2” isə 3-cü sırada qərarlaşıb. İlk üçlükdə qərarlaşan idmançılara diplom və medallar təqdim edilib.