KİNEMATOQRAFÇILAR PEŞƏ BAYRAMLARINI QEYD EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Kinematoqrafçılar İttifaqı Azərbaycan kinematoqrafçılarının peşə bayramının - avqustun 2-də qeyd olunan Milli Kino gününün keçirilməsi üçün proqram hazırlayırlar. Bu il milli kinematoqrafımız 110 illik yubileyini qeyd edəcəkdir.
Bayram tədbirlərinin rəsmi hissəsi “Azərbaycan” kinoteatrında keçiriləcəkdir. Kinoteatrın qarşısında “Azərbaycan kino tarixinin simaları” mövzusunda sərgi təşkil olunacaq, kinoteatrda rejissor və ssenariçi Şamil Nəcəfzadənin “Qala” filmi nümayiş etdiriləcəkdir. Vətənpərvərlik ruhunda çəkilmiş filmdə baş rolları xalq artisti Rasim Balayev, aktyor Vidadi Həsənov, moskvalı aktrisa Yuliya Perefild ifa etmişlər.
Xatırladaq ki, kino sənəti 1898-ci ildə yaranmışdır. Lümyer qardaşları incəsənətin bu növünü kəşf etdikdən cəmi iki il sonra “sinematoqraf” daha təkmilləşmiş halda Bakıya gəlib çıxmışdır.
Bakıda kino ilk dəfə fotoqraf A.Mişin tərəfindən avqustun 2-də nümayiş etdirilmişdir. O, “Balaxanı-Sabunçu quyularında neft fəvvarələri”, “Qafqaz rəqsi” və digər kinosüjetləri təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]