Kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında Əlcəzair təmsilçisi qalib gəlib
Bakı, 17 may, Göyçək Mahmudlu, AZƏRTAC
Kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışının qalibi Əlcəzair təmsilçisi Oussama Sahouni olub. O, məsafəni 49:15 saniyəyə qət edib.
AZƏRTAC xəbər verir ki, gümüş və bürünc medalları Türkiyə üzgüçüləri qazanıblar. Doğa Çelik 49:98 saniyə ilə ikinci, Arda Kamal Gürdal isə 50:19 saniyə nəticə göstərərək üçüncü yeri tutublar.