Kitabxananın əməkdaşları Respublika İncəsənət Gimnaziyasında “nağıl saatı” təşkil edib
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları İncəsənət Gimnaziyasının şagirdləri ilə növbəti “Nağıl saatı” keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “nağıl saatı”nda “Əkinçi və canavar”, “Cığal sərçə”, “Az danış, çox iş gör” cizgi filmləri nümayiş olunub. Uşaqlar böyük maraqla filmlərə tamaşa edib və daha sonra cizgi filmlərinin qəhrəmanları haqqında fikir söyləyiblər.
Sonda şagirdlər kitabxananın təşkil etdiyi yeni uşaq kitabları sərgisi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]