KİYEV HAVA LİMANINDA SƏRNİŞİNLƏRİN BAQAJLARININ OĞURLANMASINA YOL VERİLMƏMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kiyevin “Borispol” hava limanının rəhbərliyi və Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları sərnişinlərin baqajlarının oğurlanmasının qarşısının alınması üçün tədbirlər görürlər.
Bundan əlavə, yükdaşıyanlar və Aviasiya təhlükəsizliyi xidməti heyətinin rotasiyası keçiriləcək, DİN əməkdaşları ilə birlikdə nəzarət qaydasınca işçilərin əşyalarının saxlanmasına dair yoxlamalar aparılacaq, yükün, baqajın yüklənib-boşaldılması zamanı yükçülər briqadalarının işi qəflətən yoxlanılacaqdır.
Baqajın daşınması üçün xüsusi texniki vasitələrin alınması və terminallarda baqayı qablaşdırmaq üçün yerlərin sayının artırılması, yük bölmələrində qoymaq üçün kiçik kameraların alınması da nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda yükçülər üçün kollektiv maddi məsuliyyət tətbiq edilməsi planlaşdırılır.
Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları aviaşirkətlərin işçiləri ilə birlikdə “problemli” (baqajla bağlı şikayətlərin sayının çox olduğu) reyslərdə sərnişinlərin baqajlarına planlı baxış da keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]